Ru
18:07 / 04 Dekabr 2025

AB-dən Zelenskiyə ABŞ xəbərdarlığı: Xəyanət edə bilər!

AB-dən Zelenskiyə ABŞ xəbərdarlığı: Xəyanət edə bilər!
Eye

Avropa liderləri Ukrayna Prezidenti Vladimir Zelenskini ABŞ-a qarşı ehtiyatlı olmağa çağırıb, çünki o, Kremllə danışıqlarda Kiyevə və Avropaya xəyanət edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Der Spiegel” Floridada danışıqlardan sonra Avropa liderləri arasında baş tutan söhbətin transkriptinə istinadən məlumat yayıb.

“Söhbətdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşa Baş naziri Donald Tusk, İtaliya Baş naziri Corciya Meloni, NATO Baş katibi Mark Rutte, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və başqaları iştirak edib. Söhbət zamanı Makron xəbərdarlıq edib ki, Vaşinqton ərazi məsələsinə müdaxilə edə və Ukraynaya təhlükəsizlik zəmanəti verməyə bilər. Stubb da öz növbəsində əlavə edib ki, Zelenski Kuşner və Uittkoffla tək qala bilməz. Merz isə vurğulayıb ki, Ukrayna prezidenti qarşıdakı günlərdə diqqətli olmalıdır, çünki ABŞ həm onunla, həm də Avropa ilə oyun oynayır”, - məlumatda deyilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar