Ru
17:25 / 04 Dekabr 2025

SSRİ bayragı qaldıran onkoloqun şikayəti rədd edildi

SSRİ bayragı qaldıran onkoloqun şikayəti rədd edildi
Eye

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bəzi şəxslərin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. Noyabrın 26-da Nizami Rayon Məhkəməsində Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakupost.az xəbər verir ki, tanınmış həkim-onkoloq olan İbrahim Əsədli qərarla razılaşmayıb. Belə ki, o, qərardan apellyasiya şikayəti verib.


Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Əsədli barəsində seçilən həbs-qətimkan dəyişdirilməyib.

Qeyd edək ki, İbrahim Əsədli və onunla birlikdə saxlanılan şəxslər Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar