Ru
18:48 / 04 Dekabr 2025

“ChatGPT”dən istifadə edib, kiberhücum törətdi

“ChatGPT”dən istifadə edib, kiberhücum törətdi
Eye

Yaponiya polisi 17 yaşlı yeniyetməni “Kaikatsu Frontier” şirkətinə qarşı kiberhücum etməkdə şübhəli bilərək həbs edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Jiji Press” agentliyi məlumat yayıb.

Nəşr osakalı məktəblinin zərərli proqram təminatı yaratmaq üçün məşhur “ChatGPT” çat-botundan istifadə etdiyini bildirir.

Yeniyetmə yaratdığı proqram vasitəsilə təxminən 7,25 milyon insanın şəxsi məlumatlarına daxil olub. Bununla belə, polis həmin məlumatların qanunsuz istifadəsi ilə bağlı hər hansı əlamət tapmayıb. Yeniyetmə dindirilmə zamanı özünü təqsirli bilib və ifadəsində sadəcə “sistemdəki boşluqları tapmaqdan zövq aldığını” deyib.

Xatırladaq ki, süni intellekt sistemlərindəki boşluqlar tez-tez araşdırma mövzusu olur. Bundan əvvəl Cənubi Koreyanın “Aim Intelligence” şirkəti “Google Gemini 3 Pro” modelində kritik təhlükəli məlumat yaratmağa imkan verən ciddi pozuntular aşkar etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar