AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun bağ evində də axtarış aparılıb.
Bakupost.az xəbər verir ki, bu barədə AXCP fəalları məlumat yayıb.
Bildirilib ki, axtarışdan sonra Elnur Seyidovun telefonu götürülüb.
Qeyd edək ki, Əli Kərimli “Ramiz Mehdiyev işi” çərçivəsində 29 noyabrda saxlanılıb, 1 dekabrda isə onun barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçilib. AXCP sədrinə qarşı CM-in 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) üzrə ittiham elan edilib.
Asena,
BakuPost