Ru
19:18 / 04 Dekabr 2025

Petrosyan Paşinyana Qarabağla bağlı hansı məsləhəti verib?

Petrosyan Paşinyana Qarabağla bağlı hansı məsləhəti verib?
Eye

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2018-ci ilin iyulunda baş nazir Nikol Paşinyanla görüşdə ona üç məsləhət verib.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan çıxış edib.

Zurabyan bildirib ki, Ter-Petrosyanın Paşinyana verdiyi məsləhətlərdən biri Rusiya ilə münasibətlərin yaxşılaşdırılması olub.

“Birinci məsləhət Qarabağ danışıqları ilə bağlı idi. Ter-Petrosyan Paşinyana tövsiyə edib ki, Serj Sərkisyanın dövründə danışıqlarda müzakirə olunan sənədləri dərc etsin. Bu, danışıqlar prosesində İrəvanın mövqelərini gücləndirə bilərdi.

İkinci məsləhət Ermənistan-Rusiya münasibətləri ilə bağlı idi. Bu münasibətlərin yaxşılaşdırılması vacib idi.

Üçüncü məsləhət isə Ermənistanın müstəqilliyinin başlanğıcında əsas fiqurlardan biri olan daxili işlər naziri olmuş Vano Siradeqyanla bağlı idi”, - o iddia edib.

Zurabyan qeyd edib ki, Paşinyan bu məsləhətlərin heç birinə əməl etməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar