Ru
17:26 / 13 Yanvar 2026

AB İrana qarşı yeni sanksiyalar hazırlayır — Von der Leyen təsdiqlədi

AB İrana qarşı yeni sanksiyalar hazırlayır — Von der Leyen təsdiqlədi
Eye

Avropa Birliyi (AB) İran rejiminin etirazlara sərt şəkildə müdaxilə etməsi ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar paketi hazırlayır.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen açıqlama verib.

AB rəsmisi bildirib ki, yeni tədbirlər etirazların yatırılmasına cavabdeh olan şəxslər və qurumlara qarşı aktivlərin dondurulması, səyahət qadağaları və maliyyə məhdudiyyətləri kimi sərt tədbirləri əhatə edəcək. Sanksiyalara düşənlər arasında İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) strukturları və İranın insan haqlarını pozmaqda günahkar hesab olunan digər rəsmi qurumlar olacaq.

AB daha əvvəl da İranın 44 təşkilat və 232 fiziki şəxsiini insan haqları pozuntularına görə sanksiya siyahısına daxil etmişdi. Yeni paket bu siyahını genişləndirməyi nəzərdə tutur.

Von der Leyen əlavə edib ki, sanksiyaların məqsədi Tehranın nümayişçilərə qarşı zorakılıq siyasətinə cavab vermək və insan haqları pozuntularını dayandırmaqdır. İran hökuməti bu xəbərə hələ rəsmi münasibət bildirməyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar