Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən
Bakupost.az -a bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində quru ot və kol-kos yanıb.
Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.