Ru
09:44 / 20 Avqust 2025

Məşhur aktyorun ölümünə səbəb olan qadın günahını etiraf etdi

Məşhur aktyorun ölümünə səbəb olan qadın günahını etiraf etdi
Eye

"Ketamin kraliçası" ləqəbi ilə tanınan Casvin Sanqha aktyor Metyu Perrinin ölümünə səbəb olan dərmanların satışını etiraf edib.

Bakupost.az BBC-yə istinadən xəbər verir ki, 42 yaşlı qadın Los-Ancelesdə beş ittiham üzrə günahını boynuna alıb.

ABŞ və Britaniya vətəndaşlığına malik olan Sanqha əvvəlcə doqquz maddə ilə ittiham olunub. Federal prokurorlar onun Los-Ancelesdəki evini "narkotik ticarət mərkəzi" adlandırıb və reyd zamanı onlarla flakon ketamin aşkar ediblər.

Xatırladaq ki, Perri 2023-cü ilin oktyabrında Los-Ancelesdəki evində ölü tapılıb. Yarılma zamanı onun ketaminin təsirindən öldüyünü məlum olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar