Ru
10:28 / 20 Avqust 2025

İsrail Qəzzanın ələ keçirilməsi planını təsdiqlədi

İsrail Qəzzanın ələ keçirilməsi planını təsdiqlədi
Eye

İsrail müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.


Bakupost.az xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.

Müdafiə naziri gözlənilən əməliyyatı “Gideonun arabaları 2” adlandırıb. Bu, ilk "Gideonun arabaları" əməliyyatının davamıdır.

“Əməliyyatdan sonra Qəzza şəhəri öz görünüşünü dəyişəcək, daha əvvəlki kimi görünməyəcək”, - Kats bildirib.

Telekanalın məlumatına görə, yaxın vaxtlarda İsrail Müdafiə Qüvvələrinin ehtiyat hissələrinin əlavə səfərbər olunması ilə bağlı elanın veriləcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar