Ru
16:05 / 14 Sentyabr 2021

Ailənin ilki olan dördəmlər: hazırda küvəzdə saxlanılırlar - FOTOLAR

Ailənin ilki olan dördəmlər: hazırda küvəzdə saxlanılırlar -  FOTOLAR
Eye

Bu gün Bakıda dördəmlər doğulub.

"Leyla Medical Center"də dünyaya göz açan, körpələrdən üçü oğlan, biri isə qızdır. Körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız).

Dördəmlərin atası Hüseynbala Sofiyev Bakupost.az -a bildirib ki, hazırda ananın və uşaqların vəziyyəti stabildir:


“Hazırda uşaqlar küvəzdə saxlanılır. Ailəmizin ilk övladlarıdır. Fikrimizdə bir neçə ad var. Valideynlərimizlə məsləhətləşib adlarını qoyacağıq. Ananın və körpələrin vəziyyəti normaldır”.


Qeyd edək ki, körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.

Aygün Nəbiyeva
Baku Post



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar