Aysun İsmayılova yenidən TV-də görünməsi ilə bağlı danışıb.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, efir qadağası qoyulduğu iddia edilən müğənni bildirib:
“Hazırda MTV kanalına gedirəm. İlk dəfədir ki, həmin verilişin qonağı olacağam. Eşitmişəm, guya kimsə haqqımda danışıb, deyib ki, Aysun aparıcılara yalvarır ki, onu efirə çıxarsınlar. Açıq şəkildə deyirəm, heç vaxt heç bir aparıcıya yalvarmamışam. Hətta istəsəm belə, bu gün qonağın efirə çıxıb-çıxmaması təkcə aparıcının qərarından asılı deyil.
Heç vaxt kiməsə zəng edib, "nə olar, məni efirə çıxarın" deyən insan olmamışam. Maraqlıdır ki, bu sözləri danışan şəxsin özü dəfələrlə mənə zəng edib verilişlərə çıxmağımı istəyənlərdən olub. Ona görə də kiminsə haqqımda belə danışması ən azı qəribə görünür.
Bir şeyi də başa düşə bilmirəm, niyə insanlar üzümə gülüb, arxamca başqa cür danışırlar? Elə buna görə də həmişə deyirəm ki, əsl dost çox çətin tapılır.
Sabah isə inşallah, ARB TV-də qonaq olacağam. Uzun müddətdir həmin efirə çıxmağı planlaşdırırdıq, amma müxtəlif səbəblərdən alınmırdı. Ümid edirəm ki, maraqlı qonaqlarla birlikdə gözəl və pozitiv bir veriliş olacaq”.
Aysun İsmayılova barəsində əsassız söz-söhbətlərin dolaşdığını bildirib:
“Sizdən bir xahişim var, haqqımda eşitdiyiniz hər sözə inanmayın”.