Ru
12:55 / 22 Mart 2024

3 aydır tapılmayan Rasimin yaxınları aksiya keçirdi - Yolu bağladılar - VİDEO

12463
Ötən il dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin qohumları və kənd sakinləri etiraz aksiyası keçiriblər.

Bakupost.az xəbər verir ki, dünən Mingəçevir-Bəhramtəpə yolunu bağlayan etirazçılar Rasimin işinin araşdırılmadığını vurğulayıblar. Onlar müvafiq qurumlardan məsələ ilə bağlı tədbir görməyi tələb ediblər.

Aksiya səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti bir müddət dayanıb. Əraziyə polis əməkdaşları cəlb olunub.


Qeyd edək ki, Boztəpə kanalında batdığı ehtimal edilən Rasim 3 aya yaxındır ki, axtarılır.



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, ötən ilin dekabr ayının 26-da saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü R.Xankişiyevin yaşadığı kəndin ərazisindən keçən “Boztəpə” su kanalına düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər icra olunub.  

Həmçinin azyaşlının ola biləcəyi ehtimal olunan su kanallarında Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarış tədbirləri aparılıb, lakin nəticə əldə etmək mümkün olmayıb.

Açıqlamada qeyd edilib ki, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Azyaşlının tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər icra olunur.

Məlumat üçün bildirək ki, Rasimin ailəsi onun axtarışları ilə bağlı ARB TV-də yayımlanan “Səni Axtarıram” verilişinə də qatılıb. Həmin verilişdə hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan xəbərlərə yazılan şərhlər də müzakirəyə çıxarılıb. İzləyicilərdən biri azyaşlının TIR sürücüsü tərəfindən vurulduğunu və bundan sonra kanala atıldığını iddia edib. 

Həmçinin, onun İranda olduğu da iddialar arasındadır.





Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər