Ru
14:55 / 21 Yanvar 2023

8 il əvvəl boşandığı arvadı ilə barışdı

2448
Türkiyənin tanınmış aktyoru Tarık Pabuççuoğlu 8 illik ayrılıqdan sonra keçmiş həyat yoldaşı Gülgün Akansu ilə barışıb.

Bakupost.az "Takvim"ə istinadən xəbər verir verir ki, aktyor bu barədə qatıldığı televiziya proqramında açıqlama verib.

O, bildirib ki, həyat yoldaşı ilə münasibəti hər zaman yaxşı olub:

"Mən sadəcə, aşiq oldum. 29 ildən sonra başqasına aşiq olanda bunu ilk olaraq həyat yoldaşıma dedim. Peşman deyiləm. Başqa bir niyyətim olmayıb. Bu 50 yaşında bütün kişilərdə olur. Sadəcə olaraq, kimisi o hissləri basdırır, kimisi görməzdən gəlir. Bu mənim də başıma gəldi. Həyat yoldaşımla əl-ələ məhkəməyə getdik. Yoldaşım bu vəziyyəti normal qarşıladı. Bir qadının bunu qəbu etməsi mümkün deyildi".
Aşiq olduğu gənc xanımla 8 il birlikdə yaşadıqdan sonra yenidən həyat yoldaşının yanına geri dönən aktyor bildirib ki, Gülgün Akansu qapını ona çox səmimi şəkildə açıb:

"Bunu kimə desəm, qəbul etmir. Amma onu anladım ki, birlikdə keçirdiyimiz 29 ildə həyat yoldaşımla çox yaxşı dost olmuşuq. Həyatda ən yaxın dostum o imiş. Barışdıqdan sonra o, evlilik istəmədi".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər