Ru
14:56 / 29 Mart 2023

ABŞ TikTok və Meta-nı məhkəməyə verdi

2688
ABŞ-ın Arkanzas ştatı TikTok və Facebook-un sahibi Meta şirkətini məhkəməyə verib.

Bakupost.az xəbər verir ki, buna səbəb istifadəçilərə qarşı aldadıcı üsullardan istifadə edilməsi olub.

Arkanzas qubernatoru Sarah Hukabi Sanders və Baş prokuror Tim Qriffin mətbuat konfransında bu sosial media platformalarına qarşı üç fərqli iddianın açıldığını açıqlayıb.

Sanders açıqlamasında qeyd edib::

"Biz böyük texnologiya şirkətlərini uşaqlarımızı asılılıq yaradan platformalardan istifadə etməyə məcbur etdiklərinə və onları uyğun olmayan məzmun dünyasına məruz qoyduğuna görə məsuliyyətə cəlb etməliyik".

Qriffin isə bu iddiaların məzmunla bağlı deyil, istifadəçilərə qarşı aldadıcı üsullardan istifadə edən şirkətlərlə bağlı olduğunu söyləyib.

Qriffin, Meta-nın yeniyetmələrə asılılıq yaradan alqoritmləri qəsdən istifadə etdiyini ifadə edib. O bildirib ki, həmin alqoritmlər haqqında ictimaiyyəti məlumatlandırmaq əvəzinə, Meta-nın qazanc və böyüməyə can atdığı üçün alqoritmlərin necə işlədiyini ictimaiyyətdən gizlədir.

O, həmçinin TikTok və Meta-nın dövlətin ticarət təcrübəsi qanununu pozmaqda ittiham edildiyini bildirib.
İddialardan birinin TikTok-dan istifadə edən, yetkinlik yaşına çatmayan uşaqları cinsi əlaqə, narkotik və ya spirt istifadəsini əks etdirən məzmun da daxil olmaqla uyğunsuz məzmundan qorumaq üçün atıldığl bildirilib.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər