Ru
11:05 / 27 Yanvar 2023

Ağacları kəsən tikinti şirkəti cəzalandırıldı

Ağacları kəsən tikinti şirkəti cəzalandırıldı
Eye

Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Bakupost.az -a bildirib ki, araşdırma zamanı ərazidə “Ay Ìnşaat” MMC tərəfindən tikinti işlərinin aparıldığı, ağac kəsintisi faktının olmadığı, lakin tikinti ətrafındakı ağacların mühafizəsi ilə bağlı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar