Ru
16:41 / 21 İyul 2026

"Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu

"Vətənə xəyanət edənlərə yazığım gəlir" -  Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu
Eye

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın paytaxtı Berlin şəhərində xaricdə yaşayan bloger Tural Sadıqlı ilə dialoqu yayılıb.


"Bakupost" xəbər verir ki, H.Hacıyev blogerin fəaliyyətinə görə təəssüfləndiyi bildirib:


“Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərə baxır. Amma səmimi deyim, elə deyil. Sizə bir şey deyim. Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin. Amma bunu bir bədbəxtçilik sayıram”.


H.Hacıyev onun şəxsi ilə bağlı nələrin deyilib-yazıldığından narahat olmadığını bildirib:


“Mənim haqqımda nə deyirsiniz, beş-on qat artığını deyin, eynimə deyil. Amma sizin mövcud durumunuza acınılasıdır. Həyatda sizinlə bağlı baş verənlərə görə Azərbaycanı günahlandırmaq düzgün deyil. Səhvləri özünüzdə də axtarmalısınız. Sizin barənizdə istintaqlar olub. İstintaqla əməkdaşlıq edib, mövqeyinizi bildirərdiniz. Amma bunun əvəzinə Azərbaycanda kimi gördünüz təhqir, şantaj edirsiniz.


Siz özünüzün jurnalist olduğunuzu da iddia edirsiniz? Bu peşəkar jurnalistika deyil. Müəyyən bir blogerlik fəaliyyəti ola bilər. Yenə də sizin şəxsi qərarınızdır”.


Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, prokurorluğun rəsmi çağırışlarına gəlməyib, buna görə də iş materialları qiyabi icraatda baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqlı verilmiş ittihamlarla təqsirli bilinib. Ona 14 il müddətinə qiyabi azadlıqdan məhrumetmə cəzası verilib.

Rüfət, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar