Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.
Bakupost.az “Report”a istinadən xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, A.Mütəllibov uzun sürən xəstəlikdən sonra ötən gün 84 yaşında dünyasını dəyişib.






***
13:21
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilir.







