Ru
10:04 / 07 May 2025

Azərbaycanda musiqiçilər arasında toy davası qanla bitdi - FOTO

Azərbaycanda musiqiçilər arasında toy davası qanla bitdi - FOTO
Eye

Gecə saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib.

Bildirilir ki, bıçaqlanan şəxs rayonda fəaliyyət göstərən müğənni olub. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov isə gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub.

Əhmədiyə Qurbanovun insident zamanı sərxoş olduğu deyilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb: "Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar