Berlində Fələstinə dəstək yürüşünə qatılan xeyli etirazçı saxlanılıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Fridenau səmtindəki Breslauer meydanına toplaşan yüzlərlə insan İsrailin Fələstinə hücumlarına etiraz edərək yürüş keçiriblər.
Əllərində Fələstin bayraqları olan nümayişçilər metronun "Rathaus Steglitz" stansiyasına qədər yürüş ediblər. Onlar Almaniyanın İsrailə dəstəyini tənqid edərək, “Almaniya maliyyələşdirir, Netanyahu qırğınlar törədir, Şolz alqışlayır”, “İsraili silahlandırmaqdan əl çəkin”, “Biz minlərlə, milyonlarıq, hamımız fələstinliyik”, “Soyqırımı dayandırın” və “Sionizm öldürür” kimi şüarlar səsləndiriblər.
Yürüş marşrutu üzrə “Walter Schreiber Platz” metro stansiyasının yaxınlığında bir qrup şəxs İsrail bayraqlarını açaraq nümayişçiləri qızışdırmağa çalışıb. Nümayiş başa çatdıqdan sonra polis nümayişçilərin bir qismini saxlayıb və onlara sərt şəkildə müdaxilə edib. Ağır xəsarət alan bir neçə nümayişçinin təcili tibbi yardım maşınıyla xəstəxanaya çatdırıldığı bildirilir.
Vasif
BakuPost