Son illər dərsliklərlə bağlı şikayətlərin artması təsadüfi deyil. İbtidai sinif dərsliklərindəki məntiq və dil səhvləri həm müəllimləri, həm də valideynləri narahat edir.
Bu, təkcə texniki səhv deyil — təhsilin keyfiyyətinə və şagirdlərin öyrənmə motivasiyasına ciddi təsir göstərən problemdir.
Təhsil tədqiqatçısı Elmin Nuri də bildirir ki, məktəb dərsliklərinin, xüsusilə ibtidai siniflərə aid olan vəsaitlərin ən ciddi problemi onların şagirdin şüur və bilik səviyyəsinə uyğun gəlməməsi, mahiyyət və məzmun cəhətdən xətalı olmasıdır.
Ekspertin fikrincə, dərsliklərlə yanaşı, əlavə vəsaitlər də həm şagirdlərin, həm də valideynlərin ciddi narazılığına səbəb olur. Bu vəsaitlər əsl marketinq tələsinə çevrilib, valideynin maddi, şagirdlərin isə əlavə zehni yüklənməsinə səbəb olub: Ekspert deyir ki, bu məsələdə hər iki cəbhədə: həm dərsliklərin keyfiyyəti, həm də şagirdlərə əlavə vəsaitlər vasitəsilə zərər verən kommersiya maraqları ilə mübarizə aparılmalıdır.
Sonda onu da qeyd edək ki, dərsliklərin dilindəki akademik yüklənmə və üslub qəlizliyinin çox olmasını çıxışlarında Elm və Təhsil naziri Emin Əmrullayev də vurğulayıb.
Daha ətraflı videomaterialda...