Ru
13:05 / 28 Mart 2023

Dünya bizi quru bəyanatlarla müdafiə edir - Arayik Arutyunyan

4108
Separatçıların lideri Arayik Arutyunyanın sədrliyi ilə ötən gün qondarma qurumun "təhlükəsizlik şurası"nın növbədənkənar iclası keçirilib

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, Arayik Arutyunyan "iclasın keçirilməsində məqsədin mövcud hərbi-siyasi vəziyyətdə problemləri birgə müzakirə etmək və lazımi qərarlar qəbul etmək" olduğunu bildirib.

Azərbaycanın guya 2020-ci ildən bəri Üçtərəfli Bəyanatın müddəalarını mütəmadi olaraq pozduğunu və "2022-ci il dekabrın 12-dən Qarabağın blokadada olduğunu" deyən Arayik Arutyunyan çoxsaylı bəyanat və müraciətlərinə baxmayaraq, beynəlxalq aktorların deklarativ xarakterli bəyanat və hərəkətlərlə kifayətləndiklərini və "qəbul edilmiş mühüm qərarların icrasında qeyri-sabit" olduqlarını bildirib.

“Buna görə də bizim vəzifəmiz vəziyyətin bütün mürəkkəbliyini və məsuliyyətini ayıq şəkildə qiymətləndirmək, mümkün təhlükələrin qarşısını almaq üçün mövcud resursı və mexanizmləri qiymətləndirmək və lazımi tədbirlər görməkdir. Əminəm ki, bizim ağlabatan addımlarımız "Artsax Respublikası"nın həyati maraqlarını müdafiə etməyə, bu çətin dövrün öhdəsindən gəlməyə kömək edəcək”, - deyə Arayik Arutyunyan vurğulayıb.

O da qeyd olunur ki, iclasda "müdafiə naziri" Kamo Vardanyan əməliyyat vəziyyəti ilə bağlı məruzə edib. Arayik Arutyunyan separatçılara yeni tapşırıqlar verib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər