Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:50 / 09 İyul 2024

Erməni peykləri vurula bilər: "Kosmosda problem yaradır" - Qalmaqal

2652
Ermənistanın Yerdə problemlər yaratması azmış kimi, indi də kosmosda kı qonşularına mane olmağa başlayıb. Bununla da İrəvan daha bir beynəlxalq qalmaqala səbəb olub. Belə ki, bir sıra ölkələr Ermənistanın baş naziri Nikol Paşinyandan “Hayasat-1” və “Armsat-1” peyklərini orbitdən geri qaytarmağı tələb edirlər. Səbəb həmin peyklərin digər dövlətlərin cihazlarının işini pozmasıdır.

Bakupost.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, iyulun 3-də Ermənistan Respublikasının Yüksək Texnologiyalı Sənaye nazirinin müavini Avet Poqosyanın qəfil işdən çıxarılmasının dərin köklər var.

"Müxtəlif nəşrlərin yazdığına görə, 2018-ci ilə qədər ABŞ-da taksi sürücüsü işləyən Poqosyan rabitə və kosmos sahəsində fəaliyyətləri koordinasiya edib", - deyə qəzet yazır.

"Hayasat-1" və "Armsat-1" peykləri ABŞ-ın Vandenberq Hərbi Hava Qüvvələri bazasından SpaceX şirkətinin Falcon-9 raketi ilə kosmosa buraxılıb və digər ölkələr üçün problemə çevrilib. Müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peyklərinin fəaliyyətini və ya proqramlarını pozub. Qeyd olunur ki, peyklərin buraxılması düzgün hesablanmayıb və qeyri-peşəkar şəkildə həyata keçirilib.

“Joxovurd” bildirib ki, müxtəlif ölkələrin hökumətlərindən Paşinyana erməni peyklərinin vurulmasına çağıran məktublar göndərilib.

"Ola bilsin ki, bu səbəbdən Poqosyan Yüksək Texnologiyalar Sənayesi Nazirliyindən qovulub", - qəzet qeyd edir.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar