Ru
10:53 / 28 Mart 2023

“Ermənilərin təxribat imkanları məhdudlaşır” - Politoloq

“Ermənilərin təxribat imkanları məhdudlaşır” - Politoloq
Eye

"İndiyə kimi ermənilər Azərbaycan torpaqlarında hərbi təxribatlar həyata keçirə bilirdi. Artıq bundan sonra Ermənistan tərəfdən atəş açılması o qədər də asan olmayacaq. Sülh üçün digər böyük maneə isə Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı birləşmələrinin mövcud olmasıdır. Bu məsələ çoxdan həll olunmalı idi. Lakin Ermənistan bu məsələnin həllini də uzadılır. Digər müvafiq şərtlərlə bərabər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması yeganə həll yoludur. Ermənistan tərəfi müharibə vəziyyətini bitirəcək sənədi təsdiqləməlidir. Çünki Ermənistanın başqa yolu yoxdur, məğlubiyətini qəbul etməlidir”.


Bakupost.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.


O qeyd edib ki, Rusiyanın bölgədə proseslərə təsir imkanları hələ də qalıb:

"Burada digər məsələ Ermənistan rəhbərliyinin davranışıdır. Çünki Ermənistan iqtidarı tez-tez mövqeyini dəyişir. Bu isə danışıqların pozulmasına səbəb olur. Bu baxımdan proseslə bağlı konkret bir əminlik yoxdur".

F.Şəfiyev bildirib ki, Ermənistan tərəfi gec-tez genişmiqyaslı müharibəyə başlamaq imkanlarının məhdud olduğunu anlayacaq və sülh sazişini imzalamağa məcbur olacaq.

Sevinc
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar