Ru
18:07 / 26 İyun 2025

Ermənistanda daha bir arxiyepiskop barəsində cinayət işi başladıldı

Ermənistanda daha bir arxiyepiskop barəsində cinayət işi başladıldı
Eye

Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğuna istinadən “Sputnik Ermənistan” yayıb.

Bildirilib ki, Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.

Bununla belə, arxiyepiskop hüquq-mühafizə orqanlarının hələ onunla əlaqə saxlamadığını qeyd edib.

Xatırladaq ki, dünən Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar