Ru
14:19 / 26 İyun 2025

Ermənistandan Azərbaycanla bağlı rəsmi AÇIQLAMA

Ermənistandan Azərbaycanla bağlı rəsmi AÇIQLAMA
Eye

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar dalana dirənməyib, dialoq davam edir.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinqdə deyib.

"Mən prosesin dalana dirəndiyini hesab etmirəm, çünki belə bir qiymətləndirmə üçün heç bir müzakirənin olmadığı vəziyyət lazımdır, müzakirələr isə davam edir", - o qeyd edib.

V.Kostanyan iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar