Ru
14:14 / 11 İyun 2025

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir
Eye

Fransa Prezidenti Emmanuel Makron ölkədə 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə girişi yaxın aylarda qadağan etməyi planlaşdırır.

Bakupost Politiko nəşrinə istinadən xəbər verir ki, o, Avropa İttifaqı səviyyəsində bu məsələ ilə bağlı irəliləyiş əldə olunmayacağı təqdirdə həyata keçirəcəyini deyib.

Qeyd olunur ki, Fransa, Yunanıstan və İspaniya birlikdə Avropa İttifaqına təsir göstərməyə çalışır ki, yeniyetmələrin sosial şəbəkələrdə keçirdiyi vaxt ciddi şəkildə məhdudlaşdırılsın. Makron iyunun 10-da orta məktəbdə müəllim köməkçisinin qətlə yetirilməsindən sonra bu prosesi sürətləndirmək istədiyini bildirib.

Makron əlavə edib ki, tezliklə internetdə bıçaq və oxşar alətlərin satıldığı saytlarda yaş yoxlanışı tətbiq ediləcək.

Aysel,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar