Ru
16:03 / 28 Mart 2023

Füzuliyə qarşı üçüncü vandalizm aktı - Səbəb nədir?

1653

Cəmaləddin Quliyev







Təbrizdəki “Şairlər məqbərəsi”nə qarşı da vandalizm aktı gözlənilir...


....Məhəmməd Füzuli sadəcə türk(Azərbaycan) ədəbiyyatının böyük nümayəndəsi deyil. Həm də indiki İranın qurucuları olan Səfəvilərə rəğbət bəsləmiş, Osmanlı- Səfəvi çəkimlərində belə Səfəviləri dəstəkləmişdi. Bəzi füzulişünasların iddiasınca, “Bəngü -badə” əsəri də bu çəkişmələrin alleqorik təsviridir.

Füzulinin məzarı belə şiələrin müqəddəs ziyarətgahlarının yerləşdiyi Kərbəladadır, şairin əvvəllər İmam Hüseynin məzarının aşğısında dəfn edildiyi, sonrada yerinin dəyişdirildiyi də deyilir. Kərbəla şəhidlərinə həsr olunmuş “Hədiqətüs süəda” adlı əsəri var. Yəni Füzuli Arazdan cənubdakı indiki teokratik rejimin ideologiyasının əleyhdarı deyil, əksinə o ideolgiyaya yaxın mövqeyi olan şairdir. Məntiqlə onun yaradıcılığı İranda daha çox təbliğ olnmaldır.

Bəs onda İranda dahi şairə qarşı bitməyən belə vandalizm aktlarının səbəbi nədir?

...İki şairə - irqçi, zərdüştiliyi idealizə edən Firdovsi və Əhli-beyt sevgisini qələmə alan Füzuliyə münasibətdəki belə fərqli yanaşma göstərir ki, İrandakı mənasız rejim üçün öz ideologiyası belə əsas deyil.

Şiə-Cəfəri məzhəbini gizlətməyən, bütün ömrünü bu ideologiyanın əsas simvolik sütunu sayılan İmam Hüseynin xatirəsinə xidmətlə keçirən Füzulini bütpərəstliyi, zərdüşti iranşəhri irqçiliyini təbliğ edən Firdovsiyə görə aşağılaya, heykəlinə qarşı vandalizm aktı törədə bilərlər.. Dahi Füzuli belələri haqda yazırdı:

Hər kimin var isə zatında şərarət küfrü,
İstilahati-ülum ilə müsəlman olmaz.
...Eyləsən tutiyə təlim ədayi-kəlimat,
Nitqi insan olur, amma özü insan olmaz.

Füzuli ilə bağlı İran deyil, biz həssas olmalıyıq. Çünki Füzuli milli kimliyimizi diri tutan, paniransitlərin dediyi kimi, “Azərbaycan xalqını İrandan ayrı və “türk milləti” adlandırmağa əsas verən şairlədəndir. Unutmayaq: bir ingilis üçün Şekspir kimdirsə, bir azərbaycanlı üçün Füzuli odur. Sizcə, Şekspirə qarşı sistemli mənimsəmə, ya vandalizm aktlarına Britaniya laübalı qalardı?



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər