Gümüşü və ya azərbaycanlılar demiş, "metallik" rəngin "Mercedes"in uğur rəngi olmasının arxasında maraqlı hekayə var.
Bakupost.az bununla bağlı nəqliyyat üzrə mütəxəssis Ümid Abbaszadənin paylaşımını təqdim edir.
1934-cü ildə Mecedes-Benz Eyfel Grand prixinə ağ rəngli avtomobil ilə qatılır.
Amma bir problem vardı....
Həmin ilin yarış standardlarına görə, maksimum ağırlıq 750 kq olmalı idi. "Mercedes"in tərəziyə çıxardılır və 751 kq gəlir.
"Mercedes" komandasının baş meneceri Alfred Neubauerin ağlına bir fikir gəlir.
Yarışlarda rəngi ağ olan "Mercedes"in boyasını komanda səhərə qədər avtomobildən çıxarır, maşının saf metal dəmirinin gümüşü rəngi qalır.
Yarış günü yenidən tərəziyə çıxardılan Mercedes, çəki normalarına uyğun gəlir və yarışa qatılır.
Həmin yarışı birinci tamamlayan və möhtəşəm performans göstərən avtomobil "SILVER ARROW" (gümüş ox) ləqəbi ilə məşhurlaşır
Hələ də yarışlara gümüş rəng ilə qatılan "Mercedes"in həm yarış, həm kütləvi avtomobillərində gümüşü rəng xüsusi yer tutur
Lalə,
BakuPost