Ru
13:42 / 29 Mart 2023

Həftəsonu “M.Teatr”da 2 maraqlı tamaşa var - FOTO

7965
Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.


“M.Teatr”ın mətbuat xidmətindən Bakupost.az –a bildirilib ki, 1 aprel saat 19:00-da Xalq artisti Vidadi Həsənovun quruluş verdiyi Rövşən Ağayevin “Vidalaşmadan getməyin” mono tamaşasıdır.


Tamaşanın bəstəkar Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır. Mono tamaşanın iştirakçısı aktyor Oqtay Mehdiyevdir.


2 aprel 19:00-da isə Rövşən Ağayevin "Bir gecənin nağılı" tamaşası oynanılacaq.


Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.


Melodrama janrında hazırlanan tamaşada rolları Aydan Həsənzadə və Cavid Baba ifa edirlər.


Əziz tamaşaçılar, bu tamaşalara hər yaşda və hər başda baxmaq olar...


"Mənim Teatrım" -
Sənin Teatrındır!

Bilet almağı unutmayın!


Tamaşalara biletləri - iTicket.az onlayn bilet satış portalından və teatrdan əldə etmək olur.

Teatrın ünvanı: Tbilisi,76 (Qanun nəşriyyatının binası(3-cü mərtəbə)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər