Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam dəmiryol stansiyasından paylaşım edib.
Bakupost.az xəbər verir ki, H.Hacıyev videonu: "Ağdam dəmiryol stansiyası. Bakı-Ağdam qatarı platformaya yaxınlaşır", - şərhi ilə paylaşıb.
Xatırladaq ki, bu il aprelin 26-da 32 ildən sonra ilk dəfə Bərdə-Ağdam dəmiryol xəttinin yoxlanılması məqsədilə qatarla sınaq gedişi həyata keçirilib. Ağdama gedən ilk dəmiryol nəqliyyat vasitəsi ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarı olub.