Ru
13:33 / 25 Mart 2023

İbrahimoviç yeni rekorda imza atdı

 İbrahimoviç yeni rekorda imza atdı
Eye

İsveç millisinin əfsanəvi futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Bakupost.az "HaberTürk"ə istinadən bildirir ki, 41 yaşlı hücumçu Avropa çempionatının seçmə qrup mərhələsində Belçika ilə matçda çıxış edərək tarixə damğasını vurub. O, Belçika ilə matçın 72-ci dəqiqəsində Aleksandr İsakı əvəzləyib.

Beləliklə, 41 yaşlı ulduz Avropa çempionatının seçmə mərhələsində çıxış edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəlki rekord İtaliyanın əfsanəvi qapıçılarından olan Dino Zoffa məxsus idi. Aralarında 2 ay fərqlə Zlatan İbrahimoviç 41 yaş 5 ayla rekordu təzələdi.

Əfsanə
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar