İranla ABŞ arasında İran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının tənzimlənməsi üzrə 15 iyun tarixinə planlaşdırılan növbəti danışıqlar raundu hələlik ləğv edilməyib.
Bakupost.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici siyasət idarəsinin rəsmi nümayəndəsi İsmail Bəqai bəyan edib.
"Hazırda 15 iyunla bağlı hansı qərarı verəcəyimiz bəlli deyil", - deyə diplomat qeyd edib.