Ru
11:18 / 09 Dekabr 2022

İranın dərdi nədir? - İdris Heydərlinin yazısı

30315
İdris Heydərli


Sosial şəbəkələr hərb meydanına dönüb. İran və Azərbaycan savaşı gedir. Azərbaycan Sovet Azərbaycanın hazırladığı Cənub Azərbaycan silahı ilə döyüşür, İran isə...

İranı anlatmaq bir qədər uzun olacaq. İran illər öncə içinə yığdığı kini, hikkəni üzə çıxarır. Nədir dərdi?

İllərlə fəlsəfə oxuyaram. Bu gün İran fəlsəfə düşüncəsində dünyaya meydan oxuyan Qulamhüseyn İbrahim Dinani var.

Sührəvərdi üzərindən fərqli bir hikmət oxuyur, dərdi isə Ərəbdir. "Qarşında kim var, kimi tərəf alıb fəlsəfə qurursan" sualı tarixin axarında ən təməl sualdır.

Ərəbi qarşısına alıb Xosrovi İranşahlığa bir hikmət yazan Dinani Əcəmçiliyin davamıdır. Firdovsi kimi.Türk iqtidarında yaşayıb Xosrovçuluğu yazan Firdövsi "Nəsihətnamə" yazır, Qəznəviyə nəsihət edir ki, İranşahın davamı olsun. Dinani də bu gün fəlsəfədə bunu edir. Sührəvərdi bunu tamamlaya bilməmişdi, Molla Sədra yol göstərmişdi, Dinani tamamlayır. Yeni "Tərəf"in fəlsəfəsini qurur.

Yunan Persi tanıyırdı, amma fəlsəfəsində onu tarixin axarından kənarda buraxdı, tarixinin, teatrının içinə aldı, fəlsəfəyə yaxınlaşdırmadı. Fəlsəfə bu üzdən yunan icadı kimi təməlləşdi.

Pers bütün hallarda ikiləşmədir. Birləşməsi mümkün olmayan xətlərdir. İki yoxsa, İran yoxdur. İran Bir olana belə iki kimi inanar.

Bu gün İranda ana düşmən Ərəbdir. Düşmənin də zahiri və batini olanı var. Ərəb batini, sionistlər zahiri düşməndir.
İslam adına sahib olmağa çalışan Ərəblə, mömin adına sahib olmağa çalışan Əcəm bir medalın iki üzüdür. Din adına öz dünyalarını davam etdirənlərin hər ikisi ikiüzlüdür. Bu ikiüzlülərin Allah qarşısında ən böyük hesabı niyyətlərinin puça çıxması olub.

Dərdim nədir? Azərbaycan məsələsində illərin hikkəsini, kinini içində saxlayıb qardaşlıqdan danışan Əcəmilərə acıyıram.

Bu ikiüzlülərin niyyəti kirlidir. İkiüzlünün ən qorxulusu da iç üzünün bilinməməsidir.

Ərəb və Əcəm savaşının iç üzünün şəklini çəkməyə çalışdım. Bu savaşın dinə və din rəhbərlərinə aidiyyatı yoxdur. Bu savaş hafizələrin savaşıdır. Ərəb də, Əcəm də yaralı hafizədir. Onlar qiyamətə qədər Bir olanın Birliyini mübahisə edəcəklər. Zaman isə onların taxtını Türkün qəzəbi ilə yerlə yeksan edəcək.

20 il əvvəl "Gizli və aşkar Azərbaycan" başlayarkən bu kəlamla başlardım. "Hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini bilməyənə Allah rəhm etməyəcəkdir". Həzrət Əlini kəlamıdır. Ərəbin, Əcəmin dərdi hafizələridir.
Allah isə bütün tədbir quranların tədbirini puça çaxarandır. Doğrusunu Allah bilir.
Şərhlər
  • Kənan

    İllərdir fəlsəfə oxuyursuz ? ????

  • Kişi

    Boş söz yığını!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər