Ru
11:06 / 29 İyul 2024

Kartof istehsalında kəskin azalma: səbəb nədir? - Ekspert hökuməti tənqid etdi

Kartof istehsalında kəskin azalma: səbəb nədir? - Ekspert hökuməti tənqid etdi
Eye

Ölkədə “ikinci çörək” sayılan kartofun istehsalı aşağı düşüb. 2024-cü ilin yanvar-aprel aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,1 faiz azalıb. Hesabat dövründə ölkədə 43556 hektar ərazidə kartof əkilib. Keçən ilin eyni dövründə isə 45907 hektar ərazidə kartof əkilmişdi.

Əsas azalma Cəlilabad rayonunda qeydə alınıb. 2023-cü ilin yanvar-aprel aylarında bu rayonda 5500 hektar ərazidə kartof əkilmişdisə, 2024-cü ilin eyni dövründə əkin sahələri 47,3 faiz azalaraq 2900 hektara düşüb.




Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Bakupost.az -a deyib ki, son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Bu da kartof işi ilə məşğul olan fermerlərin bu sahəyə marağının azalması ilə bağlıdır:

“Azərbaycanda kartofun qiyməti yüksəkdir, ancaq fermerler istehsal etdikləri kartofu yaxşı qiymətə sata bilmirlər. Əldə edilən məhsulun bir hissəsini Qafqazda saxlayıb qış mövsümündə bazara çıxarmaq ehtimalı yoxdur. Çünki anbarların sayı az və icarəsi çox yüksəkdir. Kartof daha çox itkiyə getdiyinə görə, heyvanlarına yedizdirmək məcburiyyətində qalırlar. Bəzi regionlarda isə məhsuldarlıq çox aşağı səviyyədədir. Bununla bağlı lazımi işlər görülmür. Müvafiq qurumlar vaxtı-vaxtında fermerləri suvarma sistemi ilə təmin etmir".

Vahid Məhərrəmovun sözlərinə görə, ixrac edilən kartofun həcmi də azalıb. Yəni Azərbaycan təxminən 60-70 min ton kartof ixrac edir, amma 200 min tondan çox idxal edir:

“2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar