Ru
10:25 / 20 May 2022

Müəllimlər və şagirdlər kurikulumdan əziyyət çəkir: "Yeni metod yaradılmalıdır" - Ekspert

2276
“Azərbaycanın təhsil sistemində kurikulum birbaşa tətbiq olundu. Kurikulumun mahiyyətini dərindən bilən, tam mənimsəyən kadrlar hazırlanmadan bu sistemə keçildi. Nəticə etibarilə bu gün ortada xaotik bir vəziyyət hökm sürür. Bu gün həm müəllimlər, həm də şagirdlər düzgün tətbiq olunmayan kurikulum sistemindən əziyyət çəkir”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.


Onun sözlərinə görə, Azərbaycanda kurikulum standartlarına uyğun tədris prosesinə 2009-ci ildən başlanılıb. 2023-cü ildə kurikulum əsasında təhsil almış şəxslər pedaqoq olaraq əmək bazarına buraxılacaq. Həmin şəxslər kurikulumdan dərs dediyi halda biz bu sistemdən müvafiq bəhrə görə bilərik. Hal-hazırda isə ümumtəhsil müəssisələrində kurikulum sisteminə tamamilə yad olan şəxslər dərs dediyi üçün lazımi nəticə əldə edə bilmirik:




“Hesab edirəm ki, qarşıdakı beş il ərzində faktiki kurikulum əsasında təhsil almış şəxslərin müvafiq nəticə vermədiyini gördükdə, o zaman bu sistemdən tamamilə imtina etməliyik. Yeni təhsil metodlarının tətbiqinə başlamalıyıq”.


Ekspert bildirib ki, kurikulumun effekt vermədiyi təsdiqləndiyi təqdirdə onun əvəzinə yeni bir metod istifadə olunmalıdır. Bu Sinqapur və ya Finlandiya modeli ola bilər. Həmçinin yeni Azərbaycan modeli də yaratmaq olar. Bunun üçün təhsil institutu, eləcə də Elmlər Akademiyası çalışaraq özümüzəməxsus bir model yarada bilərlər. Təbii ki, əvvəlcə beynəlxalq təcrübə araşdırılmalı və öyrənilməlidir:


“Kurikulumun əvəzinə yeni tədris metodu, məsələn, Sinqapur və ya Finlandiya modeli tətbiq edilə bilər. Ya da yeni Azərbaycan modeli də yaratmaq olar. Necə ki Finlandiya özünəməxsus tədris modeli yaratdı, Azərbaycan da öz modelini yarada bilər. Bunun üçün imkanlar var”.


Sevinc
BakuPost

Şərhlər
  • Müəllim

    Azərbaycanda teni metod yaratmaq təcrübəsi və bu işə yarayan mütəxəssis olmadığından belə praktika təhsilə ağır zərbə vurur.Ən yaxşı və doğru yol təhsildə Covet təcrübəsinin tətbiqidir.Bu təcrübə özünü həatda doğrultmuş olduğundan bundan imtina təhsil səviyyəsinin aşağı düşməsinə,məktəblərdə kütləvi savadsızlığa səbəb olduğu təkzobedilməzdir.Bunun nəticəsidir ki, həyatda hətta kvadrat tənlik aça bilməyən,vurma cədvəlini bilməyən universitet məzunlarına rast gəlinir. Təhsil eksperiment bazası ola bilməz!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər