Mari Eldə polis əməkdaşları toy kortejində atəş açan şəxsləri saxlayıblar.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisə Yoşkar-Olada baş verib.
Bildirilir ki, şübhəlilər atəş açmaq üçün istifadə edilən boş tapançalarla atəş açıblar. Məlumata görə, insidenti törədən şəxslər Azərbaycan vətəndaşlarıdır.
"Polis hazırda hadisənin təfərrüatlarını araşdırır. Hadisəni törədən şəxslər isə saxlanılıblar", - KİV yazıb.
Faktla bağlı araşdırma aparılır.