Ru
13:27 / 13 Yanvar 2023

Posttravmatik stress pozuntusu olanlara ödənişsiz psixoloji terapiyaya başlandı

37332

For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda Posttravmatik stres pozuntusundan əziyyət çəkənlər üçün effektiv yeni müalicə üsulu tətbiq olunur.


Son illər Azərbaycanda psixoloqlar tərəfindən müxtəlif müalicə üsulları ilə əlaqədar təqdim olunan xidmətlər geniş vüsət almağa başlayıb. Bu müsbət hal olsa da insanlara təqdim olunan psixoloji xidmətlərin standartlara və ya protokollara uyğun aparılması bəzən geniş müzakirələrə səbəb olur.

Digər tərəfdən də 44 günlük müharibədən sonra qazilərdə, şəhid ailələrində yaranmış psixoloji problemlərin aradan qaldırılması prosesində beynəlxalq standartlara əsaslanan, təsdiq olunmuş müalicə üsullarının tətbiqinə ehtiyac yaradır.

Sevindirici haldır ki, For Azerbaijan beynəlxalq Xeyriyyə təşkilatının Paşa Sığorta ilə birgə həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya Potensialının Artırılması” layihəsi bu qəbildən olan insanlarda rast gəlinən PTSP-ni (Posttravmatik stres pozuntusu) aradan qaldıracaq yeni nəsil psixoloqların yetişdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində həm də pasiyentlərə ödənişsiz müalicə təşkil olunur. Bu barədə layihənin tədqiqat qrupunun üzvü klinik psixoloq Aygün Sultanova Bakupost.az və Medicina.az saytlarının suallarını cavablandırdıb:




- Aygün xanım, son illər Azərbaycanda PTSP diaqnozliu şəxslərin sayının kəskin artığı bildirilir. Bu həqiqətənmi belədir?

- Deməzdim ki, həyəcan təbili çalınmaldır. Müharibə baş vermiş bütün ölkələr üçün bu diaqnoz aktuallıq kəsb edir, o cümlədən Azərbaycanda II Qarabağ müharibəsindən sonra PTSP diaqnozu təyin edilmiş şəxslərin sayı artıb. PTSP-nin dünya üzrə epidemiologiyasına nəzər saldıqda müharibədə iştirak edənlərin 30%-də bu pozuntuya rast gəlinir. Azərbaycanda isə artıq psixi sağlamlıqda yaranan problemlərlə bağlı müraciət edən müharibə iştirakçılarının, o cümlədən müharibədən zərər çəkmiş şəxslərin 12204 nəfərinə PTSP diaqnozu və onlardan 2000 nəfərinə isə bərpa (sağalma) prosesi olmadığı üçün fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu təyin edilmişdir. Məhz bu səbəbdən PTSP-si olan şəxslərdə sağalmanın olması üçün düzgün müalicələrin aparılması olduqca vacibdir.

- Mümkünsə PTSP diaqnozu barədə bir qədər ətraflı danışaq. Posttravmatik stres pozuntusunun simptomları hansılardır? Hansı əlamətlər insanlarda bu diaqnozun yarandığına əsas verir?

- PTSP hər bir şəxsdə ağır stres törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stres hadisəsinə cavab reaksiyası kimi meydana çıxır.
Belə hadisələrə hərbi əməliyyatlar (atəş altında qalma, bombalanma, aktiv hərbi toqquşmalar, qaçqın düşmək və məcburi köçkünlük halları,ağır itkilər); seksual xarakterli əməllərə məruz qalma (zorlanma, yaxud zorlanmaya cəhd, uşaqlıqda, o cümlədən yetkin yaşlarda qarşılaşılan seksual əməllər) uşaqlıqda baş verən zorakılıq halları; bədbəxt hadisə, təbii fəlakət, cinayətkar əməllərə məruz qalma aid ola bilər.
Bu pozuntunun ən çox rast gəlinən əlamətlərini sadə dillə sadalasaq:
- Baş vermiş stresli hadisə haqda təkrarlanan, narahatedici və arzuolunmaz xatirələr, o cümlədən yuxular; həmin hadisə qəflətən həqiqətən yenidən baş verirmiş kimi hiss etmək və ya davranmaq (sanki siz ora qayıtmısınız və onu əslində yenidən yaşayırsınız)
- Baş vermiş stresli hadisə ilə bağlı xatirələrdən, düşüncələrdən və ya hisslərdən, o cümlədən xarici xatırlatmalarından (məsələn, insanlar, yerlər, söhbətlər, fəaliyyətlər, obyektlər və ya vəziyyətlər) yayınmaq
- Baş vermiş stresli hadisənin vacib hissələrini xatırlamaqda çətinlik çəkmək;
- Özü, digər insanlar və ya dünya haqqında güclü mənfi inanclara sahib olmaq (məsələn, mən pisəm, məndə nə isə ciddi bir problem var, heç kimə etibar etmək olmaz, dünya tamamilə təhlükəlidir)
- Nə isə sizə baş vermiş stresli hadisəni xatırlatdıqda (məsələn, ürək döyüntüsü, nəfəs almaqda çətinlik, tərləmə) güclü fiziki reaksiyaların olması;
- Digər insanlardan uzaqlaşmış və ya qopmuş kimi hiss etmək
- Əsəbi davranmaq, “qəzəb partlayışı” yaşamaq, “super ayıq”, diqqətli, və ya ehtiyatlı olmaq;
- Nə isə sizə yaşadığınız stresli hadisəni xatırlatdıqda çox məyus hiss etmək;
- Qorxu, dəhşət, qəzəb, günahkarlıq və ya utanc kimi güclü mənfi hisslərin olması aid ola bilər.
Əgər oxucularımız arasında bu simptomları özündə hiss edənlər varsa, bizə müraciət etsinlər. Əmin ola bilərlər ki, qısa zamanda normal həyata qayıtmalarına yardım etməyə hazırıq.


- Azərbaycanda bugünədək PTSP diaqnozunun müalicə üsulları olubmu? Sizin tətbiq etdiyiniz üsulun üstünlüyü nədədir?

- Ölkəmizdə adətən Posttravmatik stres pozuntusu olan şəxslərə dərman müalicəsi təyin olunsa da, dünya təcrübəsi göstərir ki, bu pozuntunun sağalmasında psixoloji yardımın psixoterapiya növünün, xüsusilə travmaya yönəlmiş terapiyalaın göstərilməsi olduqca effektivdir. Təəssüf ki, bu günə kimi ölkəmizdə psixi travmalar üzərində işləmək üçün psixoterapiya ilə bağlı lisenziyalı psixoterapiya xidməti olmamışdır. For Azerbaijan təşkilatı bunu nəzərə alaraq qazi və veteranlarımızın, o cümlədən müharibən zərər çəkən şəxslərin psixi rifahının yüksəldilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarının Müharibə Veteranlarının İşləri Departamenti ilə əməkdaşlıq etmiş, ən müasir, elmi sübuta yetirilmiş terapiya növlərini - Koqnitiv işlənmə terapiyası (KİT) və Yazılı ekspozisiya terapiyasını (YET) Azərbaycana gətirmişdir. Bir məqamı xüsusi vurlumaq istəyirəm ki, KİT və YET müalicə terapiyasının yaradıcıları, yəni bu müalicə növünün müəllifləri ilə birbaşa təmasdayıq. Bu Azərbaycanda təşkil olunan ilk belə haldır. Yəni istər təlimlərimiz, istərsə də pasiyentlərlə müalicə seanslarının gedişatı ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin KİT terapiyası üzrə icraçı direktoru Ketlin Çard və onun komandsı, həmçinin ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin YET terapiyası üzrə icraçı direktoru Brayn Marks və onun komandası ilə aktiv əməkdaşlıq şəraitində davam etdirilir. Bu istər psixoloqlarımızın əlavə təcrübə toplamaq, istərsə də pasiyentlərin sağalma prosesində müsbət dəyişiklərin əldə olunmasına böyük dəstək verir. Digər tərəfdən də bu terapiyaların daha bir üstünlüyü pasiyentlərin müalicəsində necə deyərlər dərmanlardan istifadə etmədən effektiv nəticələr əldə etməkdir. Hazırda terapiya olunan insanlar arasında çox yüksək nəticələr qazanmışıq. Təsəvvür edin ki, müalicə kursu məhz bu kursu yaradan mütəxəsislərin birbaşa iştirakı ilə aparılır.



- Layihə çərçivəsində pasiyentlərlə terapiyalar necə təşkil olunur?

- Öncədən qeyd etdiyim kimi biz posttravmatik stres pozuntusu olan şəxslərə ödənişsiz olaraq iki növ lisenziyalı müalicə üsulu təklif edirik. Lisenziyalı dedikdə mən beynəlxalq protokollar vasitəsilə təsdiq olunmuş və lisenziya qazanmış müalicə üsulunu nəzərdə tuturam. KİT terapiyası 12 sessiyanı ehtiva edir. YET isə daha qısa müddətli olub cəmi 5 sessiyanı -yəni pasiyentlə cəmi 5 görüşü - əhatə edir. Sessiyalar həftədə bir dəfə keçirilir. Layihə çərçivəsində PTSP-si olan şəxslərə psixoloji yardım göstərmək üçün Koqnitiv işlənmə terapiyası üzrə 24 nəfər psixoloq fəaliyyət göstərir.Bu komandamız Səhiyyə nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Sosial Xidmətlər Agentliyi, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinin nəzdində fəaliyyət göstərən tibb müəssislərinin təcrübəli klinik psixoloqlarından təşkil olunub. Bu psixoloqlarlayihəyə cəlb olunmazdan əvvəl seçimlərdə uğur qazanıblar. 12 sessiyalıq ilkin təlim kursu keçərək müvafiq sertifikatlara layiq görülüblər. Daha sonra haqqında danışdığımız müalicə növlərinin müəlliflərinin 4 günlük təlimlərində iştirak ediblər. Yəni demək istəyirəm ki, psixoloqlarımız kifayət qədər təcrübəyə və biliyə sahibdirlər. Hazırda davam edən 6 aylıq təlim proqramı ilə paralel olaraq hər mütəxəssis 4 pasiyentlə müalicə terapiyasını da həyata keçirir.

- Aygün xanım, insanların davamiyyət göstəriciləri necədir? Yəni
terapiyalara maraq göstərirlərmi?

- Çox gözəl sualdır. Bilirsiniz, bizim təklif etdiyimiz müalicə istər canlı, istərsə də onlayn təşkil olunur. Bəzən psixoloq ilə görüşə gəlməkdə çətinlik çəkən pasiyentlərimiz də olur. Mən onlara bildirmək istərdim ki, onlar terapiyalara onlayn şəkildə də qoşula bilərlər. Psixoloji yardım üçün müraciət edənlər arasında həm fiziki, həm də psixi əlilliyi olan şəxslər də vardır. Həmin şəxslər bəzən elə düşünürlər ki, terapiyanı müsbət yekunlaşdırmaq onların əlilliyə görə aldıqları müavinətlərin dayandırılması ilə nəticələnəcək. Mən fürsətdən istifadə edib demək istərdim ki, PTSP-nin və onun nəticələrinin aradan qaldırılmasının bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, müalicə kursu boyunca konfedisiallıq tam qorunur. Bu o deməkdir ki, onların özlərinin icazəsi olmadan onlar haqqında heç bir məlumat heç kəs ilə paylaşıla bilməz. Bu onların əsas hüquqlarından biridir və Azərbaycan Respublikası “PsixolojiYardım haqqında” qanuna əsasən qorunur. Biz insanlara yalnız psixi travma nəticəsində yaranmış problemləri aradanqaldırmağa kömək edirik. Bu isə pozuntunun dərinləşməməsinə və yagedişatının davamlı olmamasına, bu zəmində başqa psixi problemlərin yaranmamasına, nəticədə isə mənəvi rifah halının yüksəlməsinə təkan verir.



- Layihə çərçivəsində Sizin terapiyalarda iştirak etmək istəyən şəxslər hara və necə müraciət edə bilərlər? Bir qədər əvvəl də qeyd etdiniz ki, müalicələr bütün kateqoriyalı şəxslər üçün ödənişsizdir.


- Bəli, layihədə iştirak ödənişsizdir. Bir daha təkrarlayım, həm müharibə nəticəsində, həm də ağır stres törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli digər stres hadisəsi yaşamış şəxslər sadalanan əlamətləri özündə hiss edərsə, bu yardım növündən faydalanmaq üçün bizə müraciət edə bilərlər.

Bizim müalicə terapiyalarımız yuxarıda qeyd etdiyim psixoloqlarn iştirakı ilə həyata keçirilir. Bu mütəxəssislərimiz Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran, Quba, Xaçmaz, Bərdə, Beyləqan və Şirvan şəhərində çalışırlar. Bir daha qeyd edim ki, bu psixoloqlar ilkin seçimlərdə uğur qazanmış, daha sonra isə xüsusi təlimlər keçmiş və hazırda da təlimlərini davam etdirən klinik psixoloqlardı. Müalicə kurslarımızda iştirak etmək istəyən şəxslər bizimlə (070 52849 43) və ya (070 573 06 55) nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər. Terapiyalar həm canlı, həm də onlayn şəkildə aparıla bilər.


- Müalicənin effektivliyini necə qiymətləndirərdiniz?

- Dünya təcrübəsi və elmi araşdırmalar göstərir ki, həm KİT, həm də YET teraiyası PTSP-nin müalicəsi üçün effektiv yardım növləridir. Hər iki terapiya növünü aktiv hərbi əməliyyatlar keçirən ABŞ və İsrail dövlətləri rəsmi şəkildə psixi sağlamlıqla bağlı öz xidmətlər zərfinə daxil edib.

Biz öz təcrübəmizdə bu terapiyanın effektivliyini görürük və gələcəkdə uğurlu nəticələr alacağımıza əminik. Layihə çərçivəsində cəmi 8-9 sessiyamız yəni görüşümüz başa çatıb və tam sağalma nəticəsinə yaxın olan pasiyentlərimizin olması bu müalicə növünün effektivliyinin bariz nümunəsidir. Məsələn, bir qazimiz bildirmişdi ki, müharibədən qayıtdıqdan sonra məhzterapiyalarda iştirak edənə qədər onu narahat edən müəyyən fikirlərə görə 2 ildir ki, övladı ilə vaxt keçirmirdi. Hazırda isə vəziyyət tamamilə fərqlidir.Təbii ki, bu bizi də sevindirir. Yetər ki, bizə zəng etsinlər və biz onlara uyğun olan ən rahat şəraitdə istərcanlı, istərsə də onlayn müalicəni təşkil edək.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər