Ru
11:47 / 02 Fevral 2023

Naxçıvanın işdən çıxarılan prokuroru saxlanılıb? - Yenilənib

Naxçıvanın işdən çıxarılan prokuroru saxlanılıb? -  Yenilənib
Eye



***
10:57


Bir neçə gün əvvəl işdən azad edilmiş Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev saxlanılıb.

Bakupost.az xəbər verir ki, o, işdən çıxarılan kimi, qandallanaraq Bakıya gətirilib.


Sabiq prokurorun hansı orqan tərəfindən saxlanıldığı, barədə məlumat verilmir.


Qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncamı yanvarın 31-də imzalayıb.


Azər
Baku Post


***
11:47


Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.

Qurumun Mətbuat Xidmətindən Bakupost.az -a bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.

Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır.


Həmçinin oxuyun:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar