İyunun 23-də Türkiyənin Nişantaşı Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Bakupost.az xəbər verir ki, görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor Vlad Vernygora, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimərdanova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Səidə Şərifovə və Beyəlxalq əlaqələr üzrə koordinator Fatimə Vəliyeva, qarşı tərəfdən isə Nişantaşı Universitetinin təsisçisi Levent Uysal, universitetin Baş katibi Ahmet Sungercioğlu, Beynəlxalq əlaqələr ofisinin koordinatoru Hazar Dördüncü və Nişantaşı Universitetinin Bakı şəhəri üzrə koodinatoru Turanə Zeynalova iştirak ediblər.

Xəzər Universiteti və Nişantaşı Universiteti arasında mövcud əməkdaşlığın gücləndirilməsi, işçi və tələbələrin mübadiləsi və bir sıra vacib məsələlər görüşün əsas müzakirə mövzusu olub.
Görüşün sonunda qarşı tərəfə Xəzər Universiteti adından hədiyyə təqdim edildi.
Qeyd edək ki, bu görüş tək Xəzər Universitetində deyil, ADA və digərilərində də təşkil olunub.
Həmçinin türkiyəli nümayəndələr İctimai TV-nin rəhbəri Balakişi Qasımov, Xəzər TV-nin Reklam Departamentinin direktoru Gökhan Özkündakçı, ATV-nin əməkdaşları Qurban Səlimov və Müşviq Abbasovla da bir araya gəliblər.
Görüşlərin əsas məqsədi təhsildə yeniliklərlə bağlıdır.