Ru
21:13 / 23 İyul 2024

Oğuzda 11 yaşlı qızın müəmmalı ölümü: "Həkimə yalvardım ki..." - VİDEO

Oğuzda 11 yaşlı qızın müəmmalı ölümü: "Həkimə yalvardım ki..." - VİDEO
Eye

Oğuzun Yemişənli kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini, 11 yaşlı Füruzə Qədirovanın evlərinin yaxınlığındakı bağ sahəsində yelləncək hazırlamaq istəyərkən ipə dolanaraq öldüyü bildirilir.

Azyaşlının atası Nəbi Qədirov övladının ölümündə həkimləri günahlandırıb:

"Saytlarda yazırlar ki, balam intihar edib. Mənim övladım intihar etməyib. Evdən bir qədər aralıda, fındıq bağında qardaşı ilə birlikdə oynayırdılar. Mən gedəndə gördüm ki, artıq qızım yerdədir. Həkimə yalvardım ki, balama iynə vurun, ürəyi zəif də olsa, döyünürdü, amma vurmadılar. Üzümə durdular ki, balam ölüb. Qızımı götürüb qayıdanda ayağı, qolları yığıldı, gözü açıldı. Nəfəs almaq istədi, ala bilmədi. Ondan sonra ağzından köpük gəlməyə başladı".

Ətraflı Baku TV-nin süjetində:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar