Ru
13:27 / 04 İyun 2024

"Paşinyan kilsə ilə bağlı təsirli addımlar atacaq” - Zərdüşt Əlizadə

"Paşinyan kilsə ilə bağlı təsirli addımlar atacaq” - Zərdüşt Əlizadə
Eye

“Ermənistan cəmiyyətinini sülh, əmin-amanlıq istəyən k'simi Paşinyan hakimiyyətinin arxasında dayanıb. Ona görə də, bu kimi aksiyalar və təxribatlar getdikcə öz əhəmiyyətini itirəcək. Nəticədə Paşinyan tərəfdarları prosesdə üstün tərəf olduqlarını göstərəcəklər”.




Bunu Bakupost.az -a açıqlamasında Ermənistandakı etira aksiyaları haqda danışan politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Ermənistanda əhalinin əksəriyyəti münaqişədən bezib. Ona görə də, erməni cəmiyyətində siyasi proseslərə biganə münasibət var:

"Sözsüz ki, əhalinin fəal hissəsi Paşinyanı dəstəkləyir. Bu o deməkdir ki, indiki iqtidara dəstək olanları sayı müharibə istəyənlərdən daha çoxdur".

Politoloqun dediyinə görə, Paşinyan kilsəyə qarşı ciddi tədbirlər görəcəyini elan edib:

"Bunu edib-etməyəcəyini isə zaman göstərəcək. Bir müddət öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da kilsənin vergiyə cəlb edilməsini gündəmə gətirmişdi. Digər dövlət rəsmiləri də kilsənin özü işi ilə məşğul olması ilə bağlı açıqlamalar verib. Bütün bunlar indiki hakimiyyətin kilsə ilə bağlı təsirli addımlar atacağı ehtimallarını gücləndirir".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar