Ru
11:20 / 14 Mart 2023

Professordan nazirə 18 bəndlik təklif - Sistemi başqa relslər üzərinə daşımalıyıq

11017


Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Telman Cəfərov "Ali təhsil haqqında qanun"la bağlı maraqlı təkliflərlə çıxış edib. Bakupost.az həmin təklifləri təqdim edir:

Vaxtılə 13 səhifədən ibarət təkliflərimi ETN-nə göndərmişəm.
Fikrimizcə, layihə ictimai müzakirəyə verilibsə, ali təhsil sistemində çalışan hər bir mütəxəssisin rəyinin eşidilməsinə şərait yaradaq. Sosial şəbəkələrdə səslənən rəyləri nəzərdən keçirək. Bu, sadəcə, bir təhsil pilləsi ilə bağlı qanun deyil: ölkənin hazırkı və perspektiv inkişafı ondan asılıdır. Bu, elmə, sənayeyə, ölkənin insan resurslarının qorunmasına və inkişafına, əqli və maddi mülkiyyətimizə... inteqrasiya olunmuş sinkretik qanunvericilik aktıdır. Ölkənin ali təhsil sistemini başqa relslər üzərinə daşımalıyıq. Qanun layihəsində görmək istədiyimiz məqamlar:



1) Universitetlərin müstəqil təsərrüfat subyektinə çevrilməsi;

2) Müstəqil tələbə qəbulu həyata keçirməsi;

3) Təcrübə-istehsalat bazaları şəbəkəsinə malik olmaqla universitetlərin tədris-elm-istehsalat komplekslərinə çevrilməsi;

4) Hətta tələbə startupları qarışıq dövlət və maraqlı biznes strukturları tərəfindən profil üzrə istənilən layihələrin maliyyələşdirilməsi üçün maliyyə dəstəyinin göstərilməsi;

5) Milli məzmun və spesifikaya əsaslanan əqli mülkiyyətin yaradılmasına dəstək;

6) Ali təhsil sistemi üçün tədris resurslarının hazırlanmasına büdcə vəsaitinin ayrılması;

7) Ali təhsilin bütün səviyyələri üçun tədris standartlarının yenidən nəzərdən keçirilməsi;

8. Pedaqoji internaturaların və istehsalat təcrübə bazalarının yaradılması və müvafiq təcrübənin təşkili barədə yeni əsasnamələrin hazırlanıb təsdiq olunması;

9) Ali təhsil pilləsi ilə digər təhsil pillələri arasında ardıcıllığın, varisliyin, koordinasiyanın yaradılması məqsədi ilə kompleks tədbirlərin icrası;

10) Ölkənin ali təhsil sisteminə daxil olan dövlət universitetlərində əməyin ödənilməsi mexanizminə yenidən baxılması; adambaşına maliyyələşməyə keçid dövrünün təcrübəsi, qüsurları, təhsilə vurduğu zərər, ali təhsildən beyin axını, eləcə də üstün cəhətlər nəzərə alınmaqla dövlət universitetlərinin büdcədən maliyyələşməyə dönüş imkanlarının müzakirəsi;

11) Ölkə gənclərinin müxtəlif səbəblərdən, ən əsası, ali təhsil bəhanəsi ilə xaricə axınına şərait yaradan səbəbləri araşdırmaq, bunun qarşısını almaq üçün universitetlərimizin maddi-texniki bazasını, əcnəbi mütəxəssislər də dəvət olunmaqla kadr potensialını gücləndirmək;

12) Ali məktəblərin kitabxana, məlumat-informasiya bazalarını modernləşdirmək, ixtisaslar üzrə açıq elektron platformalara çıxışı təmin etmək;

13) Bütövlükdə ali təhsilin transformasiyası, yeni məzmun və strukturun yaradılmasından irəli gələn vəzifələri nəzərdən keçirmək;

14) Universitetlərə rəhbərlərin təyin olunması mexanizminin dünyada təsdiq olunmuş müasir yanaşmalar və təcrübələrə uyğun işlənilməsi;

15) Müxtəlif elm və təhsil sahələri üzrə virtual respublika elmi-tədris mərkəzlərinin, kafedraların formalaşdırılması;

16) Təhsilalanların və təhsil verənlərin, tədrisə yardımçı dövlət və ictimai qurumların fəaliyyətinin motivasiya olunması, stimullaşdırılması;

17) Regionlarda ali və orta ixtisas müəssisələrinin, əlavə təhsil müəssisələrinin yaradılmasına dəstək;

18) Himayədarlar Şurası, Həmkarlar Komitələri və bu kimi digər ictimai qurumların universitetlərlə münasibətlərinin yeni müstəvidə qurulması və digər məsələlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər