Qəzzada həlak olanların yeni sayı açıqlanıb.
Bakupost.az xəbər verir ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 31 min 726-ya, yaralananların sayı isə 73 min 792-yə yüksəlib.
Açıqlamada son 24 saat ərzində həyata keçirilən hücumlarda 81 fələstinlinin həyatını itirdiyi, 116 fələstinlinin isə yaralandığı bildirilib.