Ru
20:06 / 15 İyun 2025

Qırğız diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Qırğız diplomatlar İrandan Azərbaycana təxliyə edildi
Eye

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

Bakupost.az xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Şərhlər
  • Telman

    Qırğızstan deyib Özbəkistanın bayrağını qoyursunuz.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar