Ru
12:50 / 05 Dekabr 2022

Röyal Balaşzadənin xatirəsi doğulduğu kənddə əbədiləşdirildi - FOTO

Röyal Balaşzadənin xatirəsi doğulduğu kənddə əbədiləşdirildi - FOTO
Eye

Bu il sentyabrın 13-dən 14-ə keçən gecə Kəlbəcərdə qəhrəmancasına həlak olmuş Xüsusi təyinatlılar mənsubu Röyal Balaşzadənin xatirəsi əbədiləşdirilib.


Bakupost.az xəbər verir ki, şəhidimizin xatirə lövhəsi onun doğulduğu kəndəki şəhidlər abidə-kompleksinə vurulub.

Kənd ağsaqqallarından olan Rafiq Ağabalayevin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələri, rayonun ziyalıları iştirak edib. Şəhidimizin döyüş yolundan, qəhrəmanlıqlarından bəhs olunub.




Balaşzadə Röyal 2003-ci il noyabr ayının 23-də Yardımlı rayonunun Anzov kəndində anadan olub. 2022-ci ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Bölməsindən həqiqi hərbi xidmətə yola salınıb. Xidmətinin ilk günlərindən Röyalın mübarizliyini, qorxmazlığını nəzərə alan komandanlıq onu Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil edib.


Bu il sentyabrın 13-dən 14-ə keçən gecə düşmənin Kəlbəcər rayonu istiqamətində böyük qüvvə ilə təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkəın qəhrəmancasına həlak olub.


17 sentyabr 2022-ci ildə Balaşzadə Röyal Atduxan oğlunun nəşi Bakının Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Xidməti zamanı Şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “ 3–cü dərəcəli Vətənə xidmətə görə ordeni” və “Vətən Uğrunda “ medalı ilə təltif edilib.






Həmçinin oxuyun:




Elnur
BakuPost

Şərhlər
  • Sabigev Zaidxan Eldar oğlu!

    Uca Tanrı sizi Rəhmət eləsin səhidlərimiz!Səhidlər ölməz ,Vətən bölünməz!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar