Ru
10:41 / 03 Aprel 2024

“Rusiyaya xəyanət İrəvana baha başa gələcək” - Açıqlama

2249
“Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində Avropa İttifaqı, eləcə də ABŞ ölkəmizə dəstəyini nümayiş etdirmədi. Əksinə Azərbaycan ABŞ Konqresinin 907-ci düzəlişi ilə ayrı-seçkiliyə məruz qaldı. Avropa Parlamentləri dövlətimizin haqlı səsinə səs vermədilər. Böhtan, şantaj xarakterli bəyanatları, qətnamələri ilə təcavüzkarları müdafiəyə qalxdılar. Beynəlxalq hüquqa zidd olan belə hallar bu gün daha da qabardılır, Aİ-nin, ABŞ-ın və Ermənistanın səyləri bilavasitə təcavüzkar dövləti böhran vəziyyətindən çıxarıb Cənubi Qafqazda sülhün yaradılmasına yox, bilavasitə Rusiyanın regiondan çıxarılmasına, İranın təsir altına alınmasına, Azərbaycan üçün təhlükə yaradılmasına yönəldilib”.



Bakupost.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Paşinyan hökuməti bu təhlükəli şəraiti yaratmaqla ilk növbədə Ermənistanı risk qarşısında qoyur. Ermənistanda revanşist qüvvələrin fəallaşması, müharibəyə yeni çağırışlar, ölkənin silahlandırılması, xarici dövlətlərin qoltuğuna sığınmaq gələcək üçün yaxşı heç nə vəd etmir:

"Çünki Rusiya heç vaxt Ermənistanın bu xəyanətkar hərəkətlərə sona kimi getməsinə, NATO qüvvələrinin düşmən dövlətin ərazisində yerləşdirilməsinə yol verməyəcək. Ermənistanın Rusiya ilə hərbi ittifaqdan çıxması məsələsi də şübhə altındadır. Vaşinqton və Brüssel üçün bu bir nailiyyət hesab olunsa da, elə bilirəm Ermənistanda siyasi böhranı daha dərinləşdirəcək. Təcavüzkar dövlətin region ölkələrinə problemlər yaşatmaq cəhdi, Rusiyaya xəyanət yolu tutması ona çox baha başa gələcək. Ermənistan hakimiyyəti bu barədə ciddi düşünməli, səhv mövqeyindən çəkinməlidir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər