Ru
15:07 / 15 Yanvar 2026

Tanınmış azərbaycanlı professor ABŞ-də həbs edildi – Deportasiya olunacaq

Tanınmış azərbaycanlı professor ABŞ-də həbs edildi – Deportasiya olunacaq
Eye

ABŞ-nin Miqrasiya və Gömrük Təhlükəsizlik Xidməti (ICE) məşhur azərbaycanlı neyrobioloqu, Buffalo Universitetinin professoru Şövqi Hüseynovu həbs edib və onun deportasiyası üçün hazırlıq işlərinə başladığını elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın “Investigative Post” adlı müstəqil xəbər portalı məlumat yayıb.

Haqqında heç bir cinayət iddiası olmayan Şövqi Hüseynovun 2029-cu ilə qədər ABŞ-də işləmək üçün hüquqi vizası olub. Amma buna baxmayaraq, ABŞ hökuməti alimin ölkədəb deportasiyasına qərar verib.

Hadisə Şövqi Hüseynov bir yanlış addımı ilə ABŞ hökumətinin diqqətini çəkib. Alim yanvarın 7-də Niaqara çayı üzərindəki Sülh Körpüsündən (“Peace Bridge”) səhv keçərək öncə Kanadaya adlayıb. Daha sonra Hüseynov ABŞ-yə qayıdarkən Amerika sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. ABŞ-dən çıxarıla biləcəyi müəyyən edilən Hüseynov sərhədçilər tərəfindən ICE-ə təhvil verilib. Açıqlamada həbs səbəbi dəqiq göstərilməyib.

Şövqi Hüseynov son bir həftədir Bataviya şəhərindəki ICE təcridxanasında saxlanır. Universitetin sözçüsü Con Della Kontrada qeyd edib ki, Hüseynov 2022-ci ildən Yacob Tibb və Biomedikal Elmlər Məktəbində elmi tədqiqatlarla məşğuldur və onun başqa bir viza və ya qanuni status üçün müraciəti hazırda baxışdadır. Ancaq ICE nümayəndəsi Hüseynovun qanuni statusunun olmadığı iddiasını irəli sürərək alimin deportasiyasını təmin etmək üçün hazırlıq gördüklərini bəyan edib.

Hüseynovun həmkarları və universitet işçiləri onun təqsirsiz olduğunu və yüksək səviyyəli tədqiqatçı kimi hörmətlə qəbul edildiyini bildirirlər. Araşdırma sahəsində çalışan professor Maykl Morales onu yaxşı alim və sakit vətəndaş kimi xarakterizə edib. Hüseynovun ailəsi – arvadı və iki azyaşlı övladı olduğu, övkladlarından birinin ABŞ vətəndaşı olduğu qeyd edilib.

Azərbaycanlı alim opiat asılılığı olan siçanların beyin-immun sistem inteqrasiyası üzərində elmi işlər aparır və bu sahədə həmkarlari ilə birlikdə bir neçə elmi məqalə dərc edib. Sosial şəbəkə paylaşımlarında o, oğlunun üzgüçülük müsabiqələrindəki uğurlarını və San-Dieqo neyrobiologiya konfransında iştirakını müzakirə edib.

Xatırladaq ki, ABŞ daxilində sərhədlər boyu sərnişinlər və sürücülər üçün səhv istiqamətə çıxış halı son vaxtlar ICE təqiblərinə səbəb olan yeni nümunəyə çevrilib. Böyük Britaniya, Meksika və digər ölkələrdən gələn miqrantlar da oxşar səbəblərlə saxlanıb və deportasiya üçün vəziyyəti ilə qarşılaşıblar.


Cavid, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar