Ru
16:47 / 07 May 2025

"Toyuq-cücə, mal-qaramız tələf oldu" - Hacıqabulda sel fəlakəti -VİDEO

"Toyuq-cücə, mal-qaramız tələf oldu" -  Hacıqabulda sel fəlakəti -VİDEO
Eye

Ötən gecə aramsız yağan yağışlar Hacıqabul rayonunun bəzi kəndlərində fəsadlar törədib. Harami dağından axan sel suları evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolub.

Rayonun Paşalı kənd sakini Sevda İsrafilova Bakupost.az -a bildirib ki, ona külli miqdarda ziyan dəyib.

“Həyətimdəki toyuq-cücə, mal-qara tələf oldu. Evimi su basdı. Qonşu həyətlərdə də eyni vəziyyətdir, hər yer sudur. Qurumlardan kömək üçün gələn də yoxdur”, - o bildirib.

Udullu kənd sakinlərinin göndərdikləri görüntülərdən məlum olur ki, sel suları hələ də kənd ərazisində qalmaqdadır.

Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Elşən Məhərrəmovla əlaqə saxladıq. O bildirdi ki, hazırda “Mustafayev gölü" adlanan süni gölün daşma təhlükəsi var:

“Təhlükəli vəziyyətə görə, gölün yaxınlığındayıq. Mütəxəssislərlə birlikdə iş aparılır. Sel nəticəsində kənd sakinlərinin təsərrüfatlarına ziyan dəyib”.


Aysel Məmmədli,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar