Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:06 / 28 Noyabr 2024

Tramp ABŞ-ın NATO-ya ayırdığı maliyyəni azaldacaq? - Açıqlama

2124

“Trampın NATO-ya münasibəti onun hələ birinci prezidentlik dönəmindən məlumdur. O, Tramp dəfələrlə NATO-nu tərk edəcəklərini bəyan edib. Onun növbəti dəfə prezident seçilməsi qlobal siyasətə, habelə NATO daxilində münasibətlərə ciddi təsir göstərəcək. Tramp dünyadakı regional münaqişələrin həllində diplomatiyaya daha böyuk önəm verəcəyini bildirib. Onun Çinlə iqtisadi sahədə savaşı davam etdirəcəyi, Ukraynaya təzyiq edərək Rusiya ilə hərbi əməliyyatları dayandıracağı, İsrailə isə hərbi və maliyyə dəstəyini gücləndirəcəyini ehtimal etmək olar. Bu problemlərlə əlaqədar NATO faktoruna müraciət etməyə ciddi lüzum qalmayacaq”.

Bunu Bakupost.az politoloq Elşən Manafov bildirib.



O qeyd edib ki, Trampın NATO xərclərini azaldacağı ehtimalı da var: “Tramp ABŞ-ın əvvəlki qüdrətinin artırılmasında maraqlıdırsa, o, NATO-ya yönələn bəzi xərcləri məhdudlaşdırmalıdır. Qlobal təhlükəsizlik problemlərinə təhdid deyil, əməkdaşlıq mövqeyindən yanaşmağa çalışmalıdır".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar