Ru
09:40 / 11 İyul 2024

Türkiyədə zəlzələ - Vətəndaşlar küçələrə axışdı

Türkiyədə zəlzələ - Vətəndaşlar küçələrə axışdı
Eye

Türkiyədə zəlzələ olub.

Bakupost.az xəbər verir ki, saat 06.24-də Afyonkarahisarda 4,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin dərinliyi 6,99 kilometr olaraq müəyyən edilib.

Təxminən 10 saniyə davam edən zəlzələdən sonra vətəndaşlar özlərini küçələrə atıb və zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilib.

Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələdən sonra sosial media hesabından paylaşım edərək, "Afyonkarahisarda 4,4 bal gücündə zəlzələ baş verdi. Heç bir tələfat yoxdur, keçmiş olsun”, deyib.


Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar